“Mən bu seçkiləri tanımıram. Bu seçkilərin tanınması mümkün deyil. Bunun tanınması Rusiyanın müdaxiləsinin tanınması deməkdir”.
Regionpress.ge xəbər verir ki, bunu Prezident Administrasiyasında baş tutan brifinqdə Prezident Salome Zurabişvili bəyan edib.
Müxalifət liderləri ilə birgə keçirdiyi brifinqdə Salome Zurabişvilinin sözlərinə görə, 26 oktyabrda keçirilən seçkilər tamamilə “saxtalaşdırılıb”.


