8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasət“Qərb ölkələrində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur”

“Qərb ölkələrində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur”

Gürcüstanda hazırda seçki öncəsi vəziyyət sabitdir və sakitlik hökm sürür. Siyasi partiyalar sərbəst şəkildə təbliğat aparır və xalqla görüşlər keçirirlər, heç bir problemlə üzləşmirlər. Lakin, radikal müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı süni şəkildə təzyiq kampaniyası aparır.
Regionpress.ge xəbər verir ki, bunu mətbuata açıqlamasında siyasi ekspert David Çikelidze bildirib.
Müxalifətin MSK işçilərinə edilən təzyiqlərini pisləyən ekspert deyib: “Oktyabrın 11-də MSK işçilərinə sms göndərilərək vəzifələrindən istefa vermələri üçün təzyiq göstərilməsi yolverilməzdir. Bu kobud qanun pozuntusudur.
Ekspert Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsindən narahatlığını ifadə edib və bunun seçkilərə təsir etməyə yönəldiyini bildirib.
Onun sözlərinə görə, burada Qərbin böyük rolu vardır. Təəssüflər olsun ki, Qərb ölkələrində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur. Onların səfirlərinin dediyindən bəlli olur ki, hazırki Gürcüstan hakimiyyəti onlar üçün qəbul edilməzdir və onlar çalışırlar ki, hakim “Gürcü Arzusu” partiyasını nüfuzdan salsınlar. Onlar xaricdən Gürcüstandaki seçkilərə və daxili işlərinə kobud müdaxilə ilə buna çalışırlar. Mən ümid edirəm ki, hakimiyyət bu təzyiqlərin öhdəsindən gələcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments