Əgər oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilər saxtalaşdırılarsa, Avropa İttifaqı Gürcüstana viza rejimini dayandırmağa hazırdır.
Regionpress.ge xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa Bürosunun redaktoru Rikard Jozwiak sosial şəbəkədə yazıb.
“Bu həftə sonu seçkilər saxtalaşdırılarsa və ya qan tökülərsə, Gürcüstana viza rejimini dayandırmaq üçün səs çoxluğu (Aİ əhalisinin 65%-ni təşkil edən Aİ üzv dövlətlərinin 55%-i) var”, – Jozwiak yazıb.


