8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətSaakaşvili : ” Güc birlikdədir ”

Saakaşvili : ” Güc birlikdədir ”

Mixeil Saakaşvili: Mən Mamuka Xazaradzenin eyni saxta ittihamlarla həbs olunmaq təhlükəsi ilə üzləşdiyi vaxt onunla həmrəy idim

Regionpress.ge bildirir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin bəyanatını dəyərləndirərkən özünün də oxşar ittihamlarla həbsdə olduğunu qeyd edib.

Saakaşvili Facebook səhifəsində yerləşdirdiyi açıqlamada qeyd edir ki, “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçavanın “Güc birlikdədir” fikrinə tamamilə qatılır.

“Mən yaxşı xatırlayıram ki, 2021-ci ildə Mamuka Xazaradze mənim azadlığa buraxılmağım tələbi ilə keçirilən aksiyada iştirak etmişdi. Mən də ona qarşı eyni saxta ittihamlarla həbs olunmaq təhlükəsi olduğu zaman onunla həmrəy idim. Mən Tinanın “Güc birlikdədir” fikrinə tamamilə qatılıram,” – deyə Saakaşvilinin bəyanatında qeyd olunur.

Xazaradze dünənki dindirilmədən sonra bildirmişdi: “Burada iki standart mövcuddur: məhbus Mixeil Saakaşvili çıxıb bir yarım saat ərzində bütün mövzularda danışa bilir, amma başqa bir otaqda mən və başqaları ölkəni narahat edən məsələlər (seçkilərlə bağlı və digər mövzular) haqqında danışmaq imkanına sahib deyilik.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments