11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeSiyasətSalome Zurabişvili: Rəqiblərin döyülməsinin, qorxudulmasının, nümayişlərin dağıdılmasının, repressiyaların Avropa ilə heç bir...

Salome Zurabişvili: Rəqiblərin döyülməsinin, qorxudulmasının, nümayişlərin dağıdılmasının, repressiyaların Avropa ilə heç bir ortaq cəhəti yoxdur

Rəqiblərin döyülməsinin, qorxudulmasının, nümayişlərin dağıdılmasının, repressiyaların və digər qəddar üsulların Avropa ilə heç bir ortaq cəhəti yoxdur, bunlar avtoritar rejim üçün səciyyəvi olan hərəkətlərdir- bu haqda Gürcüstanın Prezidenti Salome Zurabişvili Rustaveli teatrında Avropa Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Salome Zurabişvili, gürcü xalqının müdrik olduğunu və təxribatlara uymayacağını deyib.

“Bugünkü gündə zorakılığa, xalqa qarşı zorakılığa şahid oluruq. Rəqiblərin döyülməsinin, qorxudulmasının, nümayişlərin dağıdılmasının, repressiyaların və digər qəddar üsulların Avropa ilə heç bir ortaq cəhəti yoxdur, bunlar məhz avtoritar rejim üçün səciyyəvi olan hərəkətlərdir; Bizə kömək edən, tərəfimizi tutan, dəstəkləyən tərəfdaşlara qarşı zorakılıq və təzyiq- bu, bu zorakılığın ifadəsidir. Gürcü xalqı bu qədər müdrik olmasaydı, mövcud ola bilməzdi. Məhz bu səbəbdən gürcü xalqı müdrikdir, təxribatlara uymayacaq, qarşıdurmanı qəbul etməyəcək, ancaq vaz keçməyəcək, sona qədər gedəcək və azad seçkilərə qədər Avropa yolunu izləyəcək”-deyə Salome Zurabişvili bildirib. / 1TV.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments