9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətŞalva Papuaşvili: "Müxalifət 2020-ci il seçkilərinin ssenarisini təkrarlamağa hazırlaşır"

Şalva Papuaşvili: “Müxalifət 2020-ci il seçkilərinin ssenarisini təkrarlamağa hazırlaşır”

Müxalifəti oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələri elan olunduqdan dərhal sonra inqilabi hərəkətlərə hazırlaşır.

Regionpress.ge xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili brifinqdə deyib.

“Müxalifətin seçkilərdən dərhal sonra inqilabi hərəkətlərə hazırlığının əlamətləri artıq bu gün özünü göstərir. Bu planın bir hissəsi seçkilərin qeyri-legitim elan edilməsi və yeni parlament seçkiləri keçirilənə qədər müvəqqəti hökumətin formalaşdırılmasıdır”, – o qeyd edib.

Spikerin sözlərinə görə, müxalifət 2020-ci ildə keçirilmiş parlament seçkilərinin ssenarisinin təkrarını hazırlayır, o zaman qeyri-hökumət təşkilatları tərəfindən səslərin hesablanmasında saxtakarlığa yol verilməsi nəticəsində müxalifət seçkiləri etibarsız elan etmişdi, lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bu çirkin maxinasiyanı sübut etməyə müvəffəq oldu.

“Biz bu ssenarinin təkrarlanmasına imkan verməyəcəyik”, – Papuaşvili vurğulayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments