Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir.
Regionpress.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu”nun mərkəzi qərargahında keçirdiyi brifinqdə deyib.
“Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”, – deyə o, qeyd edib.
Spiker, həmçinin, müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.


