14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasət“Seçki nəticələrinin tanınmaması üçün saxta bəhanələrin yaradılması planlaşdırılır.” - Şalva Papuashvili

“Seçki nəticələrinin tanınmaması üçün saxta bəhanələrin yaradılması planlaşdırılır.” – Şalva Papuashvili

“Müxalifətin və onların medialarının, eləcə də onlara bağlı qeyri-hökumət təşkilatlarının son dövrlərdəki fəaliyyətləri, nəticə etibarı ilə, bizə fikri gücləndirir ki, 2020-ci ilin ssenarisinin təkrarı hazırlanır və seçki nəticələrinin tanınmaması üçün saxta bəhanələrin yaradılması planlaşdırılır”.

Regionpress.ge xəbər verir ki, bunları “Gürcü Arzusu”nun siyasi şurasının üzvü, Parlamentin sədri Şalva Papuashvili partiyanın ofisində keçirilən brifinqdə söyləyib.

Onun sözlərinə görə, son dövrlərdə müxalifətin provokasiyaların artması, “Gürcü Arzusu”nun nümayəndələrini reaksiya verməyə sövq etmək məqsədini güdür.

“Bildiyiniz kimi, keçən cümə, 11 oktyabrda, ATƏT/ODİHR-in seçki müşahidə missiyasının aralıq hesabatı 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı dərc edilib. Hesabatda cəmiyyətin əvvəldən gördüyü məqam təsdiqlənib. Seçki kampaniyası heç bir əvvəlki dövrə bənzəmədən sakit, azad mühitdə, əhəmiyyətli pozuntular olmadan, eləcə də, rəqabətli mühitdə həyata keçirilir. Seçki prosesi əhəmiyyətli dərəcədə zorakılıq, rüşvət, inzibati resursların istifadəsindən azaddır. Pozuntular isə yalnız izolyasiya olunmuş hadisələrin formasıdır. Bu, ATƏT/ODİHR-in aralıq hesabatında əks olunmuşdu. Görünür ki, bu hesabat, müxalifətə, seçki nəticələrinin dezinformasiyasını hədəfləyən planları üçün təhlükə yaratdığını göstərdi. Nəticədə, hesabatın dərcindən bir gün sonra, müxalifətin partiya medianın və onlarla bağlı qeyri-hökumət təşkilatlarının koordinasiyalı kampaniyası başladı ki, bu da beynəlxalq müşahidəçilər üçün seçki mühitində saxta təsəvvür yaratmağı hədəfləyir” , – Şalva Papuaşvili qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments