Sui-qəsd nəticəsində yaralanmış Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir və bu səbəbdən o, təcili olaraq Banska-Bistritsa şəhərinə aparılacaq.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.
Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. R.Fitso sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. O, Bratislavadakı xəstəxanaya çatdırılıb.
Bildirilib ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.
Slovakiya Prezidenti Zuzana Çaputova hücumu pisləyib.


