11.1 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətTarixi seçkiyə start verildi

Tarixi seçkiyə start verildi

Tarixi Gürcüstan Parlament seçkiləri başladı.

Regionpress.ge xəbər verir ki, 26 oktyabr səhər saat 08:00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələri açılıb.

Bu ilki Parlament seçkilərində deputatlıq mandatı uğrunda 5 azərbaycanlı mübarizə aparır. Onlardan 2-si — Savalan Mirzəyev və Zaur Darğallı — hakim “Gürcü Arzusu” partiyasından, Ceyhun Məhəmmədəli “Birlik: Milli Hərəkat” partiyasından, Aqil Mustafayev “Güclü Gürcüstan” koalisiyasından, digər 1-i isə Oqtay Kazımov “Dəyişiklik üçün Koalisiya”dan namizəd olaraq iştirak edir.

Qeyd edək ki, 2024-cü il Parlament seçkiləri əsasən elektron üsulla yanaşı, Gürcüstan tarixində ilk dəfə tam proporsional sistemlə keçirilir.

Belə ki, “Gürcü Arzusu” partiyasının siyahısında Zaur Darğallı 25-ci, Savalan Mirzəyev isə 66-cı sıradadır. “Birlik: Milli Hərəkat” siyahısında Ceyhun Məhəmmədəli 33-cü, “Güclü Gürcüstan” koalisiyasının siyahısında Aqil Mustafayev 22-ci, “Dəyişiklik üçün Koalisiya”da isə Oqtay Kazımov 10-cu yerdədir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments