Ən böyük müxalifət partiyası – “Milli Hərəkat”ın sədri dəyişib. İyunun 8-də partiyanın mərkəzi ofisində keçirilən brifinqdə Levan Xabeişvilinin Tina Bokuçava ilə əvəzlənəcəyi açıqlanıb.
Partiyanın keçmiş sədri Levan Xabeişvilinin dediyinə görə, o, səhhətinə görə postunu tərk etmək qərarına gəlib.
“Mənim üçün bu, əlbəttə ki, ağırdır, amma həkimlərin ciddi tövsiyəsinə əsasən, 2-3 aydır ki, işləməyim əslində qadağandır. Ona görə də mən özümə icazə verə bilmərəm ki, seçkiyə cəmi 4 ay qaldığı 2-3 ay ərzində partiya sədri işlək olmasın, gündəlik işlərlə məşğul olmasın, 24 saatlıq iş rejimində olmasın. . Buna görə də komandamızın qərarına əsasən, Tina ilə məsləhətləşmələr nəticəsində konkret qərar qəbul etdik”, deyə Levan Xabeişvili “Milli Hərəkat”ın siyasi şurasının sədri olmaq istədiyini əlavə edib. Onun sözlərinə görə, bu postda işləmək “gündəlik, rutin iş” tələb etmir.
Partiyanın qurultayında “Milli Hərəkat”ın sıralarında kadr dəyişiklikləri təsdiqlənəcək. Levan Xabeişvili bir neçə gündən sonra qurultayı çağıracağını açıqlayıb.


