14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeRegionTürkiyədə ağır yol qəzasında 10 nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında 10 nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Regionpress.ge məlumat verir ki, bu barədə Mərsin valisi Ali Hamza Pehlivan açıqlayıb.

Türkiyə KİV-ləri bildirir ki, yerli vaxtla saat 19:45 radələrində (Bakı vaxtı ilə 20:45) Osmaniyyədən Mərsinə gedən şəhərlərarası sərnişin avtobusunun sürücüsü Tarsus-Adana arasındakı Yenicə qovşağında idarəetməni itirərək qarşı zolağa keçib. Sərnişin avtobusu yük və minik avtomobillərinə çırpılıb. Qəzadan sonra Mərsin və Adana istiqamətlərində nəqliyyatın hərəkəti dayanıb. Bölgəyə xilasetmə, təcili yardım və polis cəlb edilib.

Anadolu Ajansı

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments