UEFA-nın mükafat fondu 331 milyon avro olacaq. Həmçinin, hər mərhələni keçmək üçün komandalara ayrılan məbləğə matç bonusu da əlavə olunacaq.
Regionpress.ge UEFA-ya istinadən bildirir ki, məbləğ aşağıdakı kimi bölüşdürülür:
9,25 milyon avro – İştirak üçün matç bonusu
1 milyon avro – Qələbə
500.000 avro – Bərabərə
1,5 milyon avro – 1/8 finala çıxmaq üçün;
2,5 milyon avro – 1/4 finala çıxmaq üçün;
4 milyon avro – yarımfinal üçün;
5 milyon avro – ikinci yer;
8 milyon avro – birinci yer.
Qeyd edək ki, UEFA Gürcüstan millisinə 12,25 milyon avro ödəyəcək.


