Gürcüstan millisinin baş məşqçisi Villi Sanyo ilə Gürcüstan Futbol Federasiyası arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Yeni müqaviləyə əsasən, fransalı mütəxəssis 2028-ci ilə qədər Gürcüstan millisində çalışacaq.
Regionpress.ge bildirir ki, Villi Sanyo Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə fevral 2021-ci ildə təyin olunub. Onun rəhbərliyi altında Gürcüstan millisi 42 oyun keçirib, onlardan 20-də qələbə qazanıb, 6-da heç-heçə edib və 16-da məğlub olub.
Villi Sanyo Gürcüstan millisinin ən uğurlu dövrü ilə əlaqələndirilir. Onun rəhbərliyi altında Gürcüstan millisi ilk dəfə olaraq Avropa çempionatında iştirak edib və Avro-2024-ün ən yaxşı 16 komandası arasına daxil olub. UEFA Millətlər Liqasında C liqasındakı qələbədən sonra Gürcüstan millisi hazırda B liqasında iştirak edir.
2025-ci ildən etibarən Villi Sanyonun rəhbərliyi altında komandamız 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Qrup mərhələsinin püşkatması 13 dekabrda keçiriləcək.


