Bu təsadüfi hücumlar deyil, bu, Putinlə zənglərdən və görüşlərdən sonra, hücumlardan ehtimal olunan “çəkinmək” barədə mediada yayılan yalan qeybətlərdən sonra nümayişkaranə hücumlardır. Rusiya göstərir ki, əslində o, ancaq müharibə ilə maraqlanır.
Regionpress.ge bildirir ki , Ukrayna prezidenti Volodimir Zelenski Odessayada həyata keçirilən hücum zamanı səkkiz nəfərin həlak olmasına belə münasibət bildirdi.
Zelenskinin dediyinə görə, bu “siqnal” G20 üzvlərinin toplandığı zaldan tutmuş, hər ölkənin paytaxtına qədər dünyanın hər yerində eşidilməlidir.
“Böyük iyirmilik” liderlərinin görüşü Braziliyada bu gün başladı. Bloomberg Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynada müharibəyə son qoymaq üçün öz planını təqdim etməyi planlaşdırdığı barədə məlumatını yayır.


