8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətZaur Darğallının açıqlamasına Tariyel Nakaidze belə reaksiya verdi

Zaur Darğallının açıqlamasına Tariyel Nakaidze belə reaksiya verdi

“Zaur Darğalı bəyan edir ki, Gürcüstan hakimiyyəti tərəfindən Marneuli bələdiyyəsinin gözardı edilməsi və 43 digər bələdiyyə sakinlərinə yardım göstərilməsi müxalifət partiyaları və aktivistlər tərəfindən spekulyasiya mövzusudur”.

Bu sözlərlə Parlamentin üzvü Tariyel Nakaidze Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallının müvafiq açıqlamasına cavab verib.

“Guya, bizim məqsədimiz yalnız nüfuzumuzu artırmaq və ya əhalinin diqqətini çəkməkdir. Cənab Zaurdan soruşuram, doğrudanmı öz bölgəniz, sizə səs verən öz xalqınız sizi maraqlandırmır, doğrudanmı hakimiyyətin bu diskriminativ yanaşmasına dair heç bir şey hiss etmirsiniz? Belə qeyri-peşəkar bəyanatlar verməkdənsə, problemin həllinə çalışmaq daha yaxşı olmazmı? Yoxsa sizin vəzifəniz yalnız İvanişvilinin rejimini qorumaqdır?! Bir az xalqın ehtiyaclarına diqqət yetirin. Zaur bəy, sizə xatırladıram, siz hakimiyyətdə xalqı təmsil etməlisiniz, hakimiyyəti xalqa deyil” , – deyə o, qeyd edib.

Məlumat üçün bildirək ki, hökumət tərəfindən təbii fəlakətlərlə bağlı yardım ayrılan 43 Bələdiyyə arasında Marneulinin olmaması ilə bağlı ictimai fəallar və müxalifət partiya nümayəndələrinin səsləndirdiyi fikirləri Parlamentin üzvü Zaur Darğallı dezinformasiya adlandırıb. /aktual.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments