10.1 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeİdmanZuriko Davitaşvilinin vurduğu qol oktyabr ayının yekunlarına görə Liqa 1-də ən...

Zuriko Davitaşvilinin vurduğu qol oktyabr ayının yekunlarına görə Liqa 1-də ən yaxşı qol seçildi

Gürcü futbolçusunun mükəmməl oyunu onun bazar dəyərinə də təsir edib

Regionpress.ge xəbər verir ki, Fransanın “Sent-Etienne” klubunun gürcü qanad oyunçusu Zuriko Davitaşvilinin Fransa çempionatının yeddinci turunda “Oser” ilə matçda vurduğu qol oktyabr ayının yekunlarına görə Liqa 1-in ən yaxşı qolu seçilib.

6 oktyabr tarixində “Sent-Etienne” yeddinci turda “Oser”i 3:1 hesabı ilə məğlub edib və bu qələbədə Davitaşvilinin təsir edici oyunu mühüm rol oynayıb. “Sent-Etienne”in bütün üç qolunu 23 yaşlı futbolçu vurub .

Analitik portal Whoscored görüşün yekunlarına görə Davitaşviliyə 10 ballıq sistemdə ən yüksək qiymət (10 bal) verib ki, bu da olduqca nadir haldır. Bu göstərici ilə Davitaşvili Avropanın beş əsas liqasının (top-5) 10 bal alan yeganə oyunçusu olub.

Gürcü futbolçusunun mükəmməl oyunu onun bazar dəyərinə də təsir edib. Almaniyanın Transfermarkt internet portalına əsasən, Davitaşvilinin dəyəri 2 milyon avro artaraq 5 milyon avroya çatıb.

Bazar günü, 10 noyabrda “Sent-Etienne” klubu ilə Zuriko Davitaşvili Fransa çempionatının 11-ci turunda Corc Mikautadzenin çıxış etdiyi “Lion”la qarşılaşacaq.

On turdan sonra “Sent-Etienne” turnir cədvəlində 16-cı yerdədir, “Lion” isə altıncı yerdə qərarlaşıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments