11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna SəhifəJurnalistikada işləmək istəyənlərə şad xəbər-3 aylıq təcrübə proqramı

Jurnalistikada işləmək istəyənlərə şad xəbər-3 aylıq təcrübə proqramı

“Regionpress.ge” xəbər portalı jurnalistika sahəsinə həvəsi olan və karyerasını bu sahədə qurmaq istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə bilik və bacarıqlarının artırılmasını təmin etmək məqsədi ilə 3 aylıq  təcrübə proqramı elan edib.

2 moduldan ibarət proqram müddətində iştirakçılar Regionpress.ge saytında xəbər, müsahibə, reportaj, araşdırma, məqalə hazırlanmasında iştirak edəcək. Həmçinin, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin fəaliyyəti barədə geniş məlumatlar əldə edəcəklər.

Proqram media sahəsində təcrübəli mütəxəssilər tərəfindən tədris ediləcək.

Proqramın 1-ci modulunda tədris ediləcək mövzular aşağıdakılardır:

-İnformasiya mənbələrinin tapılması və dəqiqləşdirilməsi

-İnformasiyanın xəbərə çevrilməsi və hazırlanması

-Müsahibə və reportajların hazırlanması

-Araşdırma yazılarının hazırlanması

2-ci modulda tədris ediləcək mövzular:

-Video kontentlərinin hazırlanması

-Video çəkilişlərin hazırlanması (texniki təlim)

-Foto çəklişlərin həyata keçirilməsi

-Foto-reportajların hazırlanması

Rəqəmsal mediada xəbərlərin effektiv paylaşılma üsulları (sosial mediadan istifadə)

Təcrübə proqramına qoşulmaq istəyən gənclərdən aşağıdakı link üzərindən  qeydiyyatdan keçmələri xahiş edilir.

https://docs.google.com/forms/d/12T79LywdCQ4tAALShlspqEb3qlRCm2OMpUivrfD_J7A/viewform?edit_requested=true

Proqrama son müraciət tarixi 15 iyundur.

Məlumat üçün qeyd edək ki, “Region Press“ Media təşkilatı 14 fevral 2024-cü il ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın nəzdində fəaliyyət göstərən eyni adılı “Regionpress.ge” xəbər saytı isə 1 aprel 2024-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Regionpress.ge xəbər portalının yaradılmasında əsas məqsəd ictimaiyyəti regionlar barədə operativ məlumatlandırmaq və bu sahədəki informasiya qıtlığının aradan qaldırılmasıdır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments