9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeAna SəhifəKaladze: "Bu gün 13 iyundur, ölkəmizin və Tbilisinin tarixində ən ağır günlərdən...

Kaladze: “Bu gün 13 iyundur, ölkəmizin və Tbilisinin tarixində ən ağır günlərdən biridir”

Tbilisinin meri Kaxa Kaladze munisipalitetin hökumətinin bugünkü iclasında doqquz il əvvəl baş vermiş faciəni yada salıb.

Paytaxtın meri, 2015-ci ilin iyunun 13-ünün ölkənin və Tbilisinin tarixində ən ağır günlərdən biri olduğunu bildirib.

“Bu gün 13 iyundur – ölkəmizin və Tbilisinin tarixində ən ağır günlərdən biridir. Onlarla insanın həyatına son qoyan və bizi, sayəsində onlarla insanın xilas olduğu qəhrəmanlarla tanış edən gün. Bu ən ağır faciə bizə yeni Tbilisini kəşf etdirdi – minlərlə gənc birləşərək bütün şəhərin təsəllisinə çevrildi. Vəziyyətin nə qədər ağır olduğunu hamımız xatırlayırıq və səhər açılanda bütün Gürcüstan birləşdi və biz yan-yana bərpa işlərinə başladıq.

Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edirəm: hər şeyi, o cümlədən dağılan, pis hala düşən infrastrukturu bərpa etmək olar, amma təəssüf ki, biz öz həmşəhərlilərimizi və həmvətənlərimizi geri qaytara bilmərik. Bir daha bütün dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm”- deyə Kaxa Kaladze açıqlayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments