Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Sülh Sammitində iştirak etmək üçün İsveçrəyə səfər edib.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
100 ölkədən nümayəndə heyətlərinin, o cümlədən dünyanın müxtəlif ölkələrindən 57 dövlət və hökumət başçısının qatılacağı sammitin açılışında Gürcüstan prezidenti iştirak edəcək.
Sammitin məqsədi Ukraynada ədalətli və davamlı sülh prosesinə başlamaq və gələcək addımlar üçün təşəbbüslər formalaşdırmaqdır.
Sammitin proqramına həm plenar iclaslar, həm də müvafiq mövzu üzrə müzakirələr daxildir.
Qeyd edək ki, dünya liderlərinin iştirak edəcəyi Sammitə Gürcüstanın Baş naziri nə də Xarici işlər naziri dəvət olunmayıb.


