9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeAna SəhifəMahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatıb

Mahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatıb

Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərində antiterror əməliyyatı başa çatıb.

Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrə departamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments