10.1 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeAna SəhifəAltı partiya “Birlik Bəyannaməsi” imzaladı

Altı partiya “Birlik Bəyannaməsi” imzaladı

Gürcüstanın 6 əsas müxalifət partiyası birlik bəyannaməsini imzalayıb. Bu bəyannamənin imzalanması, həm parlament seçkilərindən əvvəl, həm də sonra birlik nümayiş etdirilməsi deməkdir.

Bu barədə müxalifət partiyaları məlumat yayıb.

Vurğulanıb ki, tərəflər iyulun 8-dək birliyin ən effektiv konfiqurasiyası barədə razılığa gələcəklər.

“Biz oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi ‘Gürcü Arzusu’nun son hücumlarından, həm də eyni oliqarxa tabe olan və demokratiyanın təməl dəyərlərinə məhəl qoymayan, Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olmaq istəklərinin qarşısını qəsdən alan hakimiyyətin hərəkətlərinə görə narahatıq.

Söhbət prezident Salome Zurabişvilinin təqdim etdiyi ‘Gürcüstan Xartiyası’ndan və Xartiyanın məqsədlərindən gedir. Qarşıdan gələn seçkilərdən əvvəl və seçkilərdən sonra Gürcüstan parlamentində aşağıdakı məqsədlərə çatmaq üçün birləşəcəyimizi elan edirik: 

Bidzina İvanişvilini dövlət oliqarxiyasının və onun əsarətində olan ‘Gürcü Arzusu’ partiyasının hakimiyyətindən azad etmək, Gürcüstanı Avropa Birliyinə sürətli inteqrasiya yoluna qaytarmaq;

Qeyd olunan məqsədlərə nail olmaq üçün biz hər şeyi edəcəyik ki, növbəti seçkilərdə birləşək, inamlı qələbə qazanaq. Biz bunu Gürcüstanın vətəndaş cəmiyyəti və Gürcüstanın Avropa gələcəyini dəstəkləyən və qoruyan bütün Gürcüstan vətəndaşları ilə birlikdə edəcəyik.

Qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün biz həm parlament seçkilərindən əvvəl, həm də parlament seçkilərindən sonra birliyi nəzərdə tutan Birlik Bəyannaməsini imzalayırıq. Biz imzalayanlar aşağıdakı şərtlərlə razılaşırıq:

Qarşıdan gələn seçkilər öncəsi səyləri gücləndirin ki, bir dənə də olsun seçki səsi itirilməsin, 5%-lik baryeri keçmək problem olmasın;

2024-cü il iyulun 8-dək seçkilərdə maksimum nəticə verəcək birliyimizin ən effektiv konfiqurasiyasını tapmaq;

Etik müstəvidə qalaraq, ölkənin üzləşdiyi məsələləri müzakirə etməyə davam etməli, seçkidən əvvəl və seçkidən sonra bir-birimizə hücumlardan çəkinməliyik;

‘Gürcü Arzusu’nun təbliğatına vahid səylə qarşı çıxaq;

‘Gürcüstan Nizamnaməsi’ndə verilən bəndləri yerinə yetirmək üçün seçkilərdən sonra vahid hakim koalisiyanın yaradılmasını razılaşdırmaq;

‘Gürcü Arzusu’nun iştirak edəcəyi hökumətin qurulması üçün yeni parlamentdə səs verməməyi öhdəsinə götürək;

Parlament seçkilərindən sonra prezident seçkilərində vahid prezidentliyə namizədi dəstəkləməliyik;

Demokratiyanı qorumaq və Gürcüstanı Avro-Atlantik yola qaytarmaq üçün mübarizə aparmış və hələ də mübarizə aparan vətəndaş etiraz hərəkatları və fəallarla strateji siyasi məqsədlər və fəaliyyətlər ətrafında birləşmək;

Xaricdə yaşayan gürcü seçicilərinin seçkilərdə maksimum iştiraka cəlb etmək və tərəfdaş ölkələrdən mövcud prosesi asanlaşdırmağı xahiş etmək;

Bütün seçki səslərinin qorunması və seçki saxtakarlığının qarşısının alınması üçün səyləri birləşdirməyə razılaşmaq;

Biz Qərb tərəfdaşlarımızdan Gürcüstan vətəndaşlarının ədalətli və şəffaf seçkilərdə iştirak hüququnu qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmələrini xahiş edirik, çünki bu imkanı ‘Gürcü Arzusu’ hökuməti bilərəkdən məhdudlaşdıra bilər;

ATƏT/DTİHB, Avropa Parlamenti, Avropa Şurası və digər qurumları parlament seçkilərinin uzunmüddətli monitorinqini təmin etməyə çağırırıq.

Bu gündən etibarən bu bəyannaməni aşağıdakı siyasi partiyalar imzalayır:

“Vahid Milli Hərəkat”; “Girçi – daha çox azadlıq”; Partiya “Axali”; “Lelo”; “Droa”; “Strategia Ağmaşenebeli”.

Bəyannaməyə qoşulmaq istəyən digər müxalifət partiyalarıda istəsə qoşula bilər”, – deyə müxalifət partiyalarının birgə bəyanatında qeyd olunub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments