15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna SəhifəAİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb

Aİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb

Avropa İttifaqı (Aİ) “Xarici agentlər haqqında” qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırıb.

Bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.

O qeyd edib ki, həmçinin Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dayandırılıb.

“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq. İndiki Gürcüstan hökumətinin niyyəti Avropa İttifaqı liderlərinə aydın deyil. “Xarici təsirin şəffaflığı haqqında” qanun geriyə doğru bir addımdır və anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir”, – deyə səfir vurğulayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments