14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna SəhifəGürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili istefa verib

Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili istefa verib

Gürcüstan parlamentində “Agentlər haqqında qanun”un ikinci oxunuşdan keçməsi və hökumət ilə Qərb arasında qarşıdurma fonunda Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili tutduğu vəzifədən getdiyini açıqlayıb.

“Mən artıq bu istiqamətdə öz rolumu və resursumu görmürəm: Avropaya getmək və özümü Avropadan qorumaq”, – o, Facebook-da yazıb.

Cavaxişvili bildirib ki, “reinkarnasiya edilmiş qanun layihəsi ilə bağlı dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə yaranan ab-hava və əhval-ruhiyyə Gürcüstanın Fransa Respublikasında və Monakoda fövqəladə və səlahiyyətli səfiri kimi şəxsən mənim işimi çox çətinləşdirir”.

“Müvafiq olaraq, mən artıq bilavasitə rəhbərliyimə müraciət etmişəm ki, bu müddətə qədər tutduğum vəzifədə səlahiyyətlərimə xitam verilsin”, – Qoça Cavaxişvili səhifəsində yazıb.

Qoça Cavaxişvili 2022-ci ildən Gürcüstanın Fransa və Monakodakı səlahiyyətli səfiridir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments