14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna SəhifəBaş nazir: Avropa İttifaqına üzvlük Gürcüstanın əsas prioritetidir

Baş nazir: Avropa İttifaqına üzvlük Gürcüstanın əsas prioritetidir

Gürcüstanın 2030-cu il üçün mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacağına inanıram. Avropa İttifaqına üzvlük Gürcüstanın xarici siyasətinin əsas prioritetidir -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.

Hökumət başçısı, hazırda Avropa İttifaqının inkişafı və Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərlə bağlı mövcud bütün çətinliklərin aşılacağını bildirib.

“1950-ci il mayın 9-da Şuman Bəyannaməsi imzalandı, bununla da Avropa İttifaqının əsası qoyuldu. İkinci Dünya Müharibəsindən sonra Avropa demokratiya, qanunun aliliyi, insan hüquqları kimi dəyərlərə əsaslandı, bu prosesdə Avropa İttifaqı və onun təsisatları xüsusi rol oynamışdır. Uzunmüddətli sülh Avropa İttifaqına iqtisadiyyatını ardıcıl inkişaf etdirmək və əhalinin rifahının yüksək səviyyəsini təmin etmək imkanı verdi. Əminəm ki, hazırda Avropa İttifaqının inkişafı və Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərlə bağlı mövcud bütün çətinliklər aşılacaq.

Avropa İttifaqına üzvlük Gürcüstanın əsas prioritetidir. Gürcüstanın 2030-cu il üçün mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacağına inanıram və bundan sonra da ölkəmiz öz unikal mədəniyyəti və ənənələri ilə Avropa İttifaqının uğurlarına öz mühüm töhfəsini verəcək” – baş nazirin bəyanatında deyilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments