14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna Səhifə"Qanun layihəsi indiki formada qəbul edilməməlidir" - Pavel Herçinski

“Qanun layihəsi indiki formada qəbul edilməməlidir” – Pavel Herçinski

“Əgər qanun indiki formada qəbul olunarsa, bu, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına çox ciddi maneə olacaq”, – Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

Avropa Gününə həsr olunmuş tədbir başlamazdan əvvəl səfir “Expo Georgia”da jurnalistlərin “Agent qanunu” ilə bağlı sualını belə cavablandırıb.

Onun sözlərinə görə, Avropa İttifaqı hazırkı qanun layihəsinin qəbulunun qarşısını almaq üçün hər kəslə işləməyə hazırdır, çünki səfirin sözlərinə görə, bu gün mövcud olan qanun layihəsi Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmir.

“Biz bilirik ki, Gürcüstan əhalisinin əksəriyyəti Avropa İttifaqına qoşulmağı dəstəkləyir. Biz hakimiyyətlə, hamı ilə birlikdə Gürcüstanı Aİ-yə inteqrasiya prosesində irəli aparmağa çalışırıq və mən ürəkdən inanıram ki, hazırda mövcud olan bütün çətinliklərə baxmayaraq, biz hələ də irəli gedə biləcəyik. Ona görə də indi işlərin yolunda getməyəcəyi təqdirdə mənfi nəticələrdən danışmaqdan qaçmaq istəyirəm. Mən Gürcüstanın hələ də irəliləməyə açıq olması ehtimalından danışmağa üstünlük verirəm və ümid edirəm ki, yaxın həftələrdə neqativ hadisələrin spiralına girməmək üçün bir yol tapılacaq.

Aİ olaraq biz irəliyə doğru yol tapmaq üçün səlahiyyətlilərlə işləyirik. Biz bütün əvvəlki hökumətlərlə çox sıx əməkdaşlıq etmişik, indiki hökumətlə sıx əməkdaşlıq edirik və gələcəkdə demokratik yolla seçilmiş bütün hökumətlərlə işləyəcəyik.

Ümid edirəm ki, qarşıdakı həftələrdə bir çox tədbirlərdə qeyd olunduğu kimi, indiki formada qəbul edilməməli olan “Xarici Təsirin Şəffaflığı haqqında qanun layihəsi” ilə bağlı mübahisəli məsələnin həlli üçün bir yol tapılacaq və əgər hazırkı formada qəbul olunarsa, bu, Gürcüstanın Avropa Birliyinə inteqrasiya yolunda çox ciddi maneə olacaq.

Təbii ki, ən yaxşı həll yolu bu qanunu qəbul etmək yox, bu qanun layihəsini geri götürmək olardı və mənim başa düşdüyüm kimi, bu hələ də mümkündür.

Biz hamımız Venesiya Komissiyasının rəyini gözləyirik. Dəfələrlə dediyimiz kimi, hüquqi məsələlərə gəlincə, Venesiya Komissiyası beynəlxalq standartların mərkəzidir, ona görə də ümid edirəm ki, ya bu qanun layihəsi ümumiyyətlə qəbul olunmayacaq, ya da qəbul olunacağı təqdirdə, tamamilə Venesiya Komissiyasının hüquqi rəylərinə əsaslanan fərqli qanun olacaq.

Bunun üçün hələ bir az vaxtımız var və hazırkı qanun layihəsinin qəbul edilməsinin qarşısını almaq üçün hər kəslə işləməyə hazırıq, çünki qanun layihəsi indiki kimi Aİ norma və dəyərlərinə uyğun gəlmir.

Gürcüstanın qanunlarını başqası deyil, Gürcüstan parlamenti, Gürcüstanın siyasi partiyaları qəbul edir. Deməli, qərar tamamilə gürcü siyasətçilərinin əlindədir”, – Pavel Herçinski bildirib.

Aprelin 3-də “xarici agentlər haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsi ictimai etirazlarla müşayiət olundu. Hakim partiya olan “Gürcü arzusu” qanunu mayın 1-də keçirilən mitinqlərin çoxluğuna baxmayaraq, ikinci oxunuşda qəbul edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments