“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir mərkəzin ingilis dili müəllimi Rəqsanə Şıxıyeva tərəfindən hazırlanan “Heydər Əliyev: Gürcüstan-Azərbaycan əlaqələri Uluöndərin Gürcüstan azərbaycanlılarına göstərdiyi diqqət və qayığı” mövzusunda hazırladığı təqdimatla başlayıb.Təqdimatda Heydər Əliyevin Gürcüstana etdiyi səfərlər burada keçirdiyi görüşlər, həmçinin neft və qaz sahəsində imzalanan müqavilələr haqqında mərkəzin müəllim və şagird heyətinə məlumat verilib.
Mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyeva çıxış edərək dahi şəxsiyyətin ömür yolu haqqında və xarici dövlət və hökmət nümayəndələrinin söylədikləri fikirləri,geniş şəkildə mərkəzin şagirdlərinə çatdırıb. Sonda isə Uluöndər haqqında xalq şairi Zəlimxan Yaqubun yazdığı şeirlərdən bir neçəsini səsləndirib.
Həmçinin mərkəzin Azərbaycan dili kursunda təhsil alan şagirdlərinin Heydər Əliyev haqqında topladıqları məlumatları tədbir iştirakçılarına çatdırıblar.
Tədbirin sonunda mərkəzin direktoru Rezo Həsənov çıxış edərək bildirib ki, Ümumilli Lider Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində iki ölkə arasında hər zaman bütün sahələrdə münasibətlər çox yüksək səviyyədə olub. Gürcüstan azərbaycanlıları hər zaman Uluöndərin diqqət və qayğısında olub, Gürcüstana etdiyi bütün səfərlərdə burada yaşayan azərbaycanlıların problemləri,istəkləri və qayğıları ilə yaxından tanış olub həll edilməsi üçün lazımı işlər görülmüşdür.








