6.6 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətABŞ Konqresində Gürcüstanda keçiriləcək seçkilərlə bağlı dinləmələr gedir

ABŞ Konqresində Gürcüstanda keçiriləcək seçkilərlə bağlı dinləmələr gedir

Gürcüstan və Moldovada planlaşdırılan seçkilərlə bağlı ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dinləmələr keçirilir.

Regionpress.ge məlumat verir ki, ABŞ dövlət departamentlərinin nümayəndələri komitə qarşısına çıxaraq, ölkədə gedən prosesləri dəyərləndiriblər.

Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin müavini Coş Huk dinləmələrdəki çıxışında bildirib ki, Gürcüstan hökuməti ölkənin demokratik trayektoriyasından kəskin şəkildə kənara çıxıb və Avro-Atlantika istəklərini və ABŞ-la ikitərəfli münasibətləri riskə atıb.

Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Rusiya qanununun qəbuluna diqqət çəkib və qeyd edib ki, bu cür qanunlar vətəndaş cəmiyyətini iblisləşdirir, onlara və müxalif siyasətçilərə qarşı zorakılıq və təzyiqləri təzələyir.

Eyni zamanda, Dövlət Departamentinin köməkçisinin müavini dezinformasiya bəyanatlarına və onilliklər ərzində Gürcüstana yardım edən ABŞ və Avropa tərəfdaşlarına qarşı düşmənçilik ritorikasına diqqət yetirir.

“Biz hakimiyyətin getdikcə artan təzyiq və təqibləri ilə üzləşən Gürcüstanın vətəndaş cəmiyyətinə dəstəyimizi davam etdiririk və oktyabr seçkilərinin azad və ədalətli şəraitdə keçirilməsini təmin etmək üçün onların səylərini fəal şəkildə dəstəkləyirik”, – deyə Coş Huk bildirib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya Bürosunun Administratorunun müavini Aleksandr Sokolovski qeyd edib ki, 1992-ci ildən Gürcüstan demokratik institutlara, səhiyyə və təhsil sistemlərinə, iqtisadi inkişafa dəstək məqsədilə USAİD-dən təxminən 1,9 milyard ABŞ dolları məbləğində yardım alıb.

Aleksandr Sokolovskinin fikrincə, Rusiya qanunları Gürcüstanın demokratik gələcəyinə ölümcül təhlükə yaradır. Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarı iki ölkə arasında münasibətlərə və onların tərəfdaşlıq trayektoriyasına təsir edib:

“Mövcud vəziyyətə əsasən, biz Gürcüstanla ikitərəfli münasibətlərə və müxtəlif qurumlarda Gürcüstana ayrılan yardıma əsaslı şəkildə yenidən baxırıq”, – Sokolovski bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments