11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətABŞ səfiri: Gürcüstanda Avropa İttifaqına üzv olmağın nə demək olduğu barədə dezinformasiya...

ABŞ səfiri: Gürcüstanda Avropa İttifaqına üzv olmağın nə demək olduğu barədə dezinformasiya yayılır

“Gürcüstanda Avropa İttifaqına üzv olmağın nə demək olduğu barədə dezinformasiya yayılır. Dezinformasiyanın bir qolu budur ki, bu, öz kimliyindən imtina etmək deməkdir, bu isə tamamilə yalandır”.

Bunları ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunnigan İlya Dövlət Universitetində “Sovet Yaddaşı” layihəsinin açılış mərasimində çıxış edərkən bildirib.

O, layihənin dezinformasiyaya qarşı mübarizə vasitəsi kimi əhəmiyyətindən danışıb.

“Təəssüf ki, bu gün ABŞ-Gürcüstan münasibətləri haqqında dezinformasiya yayılır. Bəziləri iddia edir ki, biz qlobal müharibə tərəfdarıyıq və guya bu ölkədə inqilabı təşviq etməyə çalışırıq, sanki pis niyyətlərimiz var. Bunu eşitmək həqiqətən də ürəkağrıdıcıdır. Çünki bu ölkədəki tariximiz 32 ildən çoxdur ki, xalqlar arasında güclü əlaqələrin tarixidir, amerikalılarla gürcülər arasında dərin münasibətlərin, tibb və təhsil sahələrində tərəfdaşlığın, kənd təsərrüfatı texnikasının paylaşılmasının, müdafiə qüvvələrimizin gücləndirilməsində bir-birimizə kömək etməyin tarixidir. 32 ildən çox müddət ərzində biz Gürcüstana 6 milyard ABŞ dolları məbləğində yardım etmişik”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, ABŞ Gürcüstan xalqının Avropa İttifaqına qoşulmaq arzusuna sadiqdir.

“Gerçəklikdən fərqli bir təsvir yaratmağa çalışan bir narrativ eşitmək ürəkağrıdıcı və ümidqırıcıdır. Mən ABŞ-ın gürcü xalqına, gürcü xalqının Avropa İttifaqına üzv olmaq arzusuna, Avroatlantik trayektoriyanı gücləndirmək istəyinə sadiqliyini bir daha vurğulamaq istəyirəm. Bu, Gürcüstan Konstitusiyasında qeyd olunmuş gələcəkdir, bu, onilliklər boyu üzərində birgə çalışdığımız gələcəkdir və bu, Birləşmiş Ştatların dəstəkləməyə davam edəcəyi bir gələcəkdir”, – Robin Dunnigan söyləyib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments