Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə görə, “Gürcü arzusu” Marneulidə keçirilən parlament seçkilərində demək olar ki, bütün məntəqələrdə 80% fərqlə qalib gəlir.
Regionpress.ge xəbər verir ki, Qiorqadzenin sözlərinə görə, onlar heç vaxt belə nəticə əldə etməyiblər.
“Seçkiqabağı təşviqat zamanı bəyan etmişdik ki, əhalinin görünməmiş dəstəyi hiss olunurdu, bu gün təsdiqləndi. Demək olar ki, Marneulinin bütün məntəqələri sayılıb və “Gürcü arzusu” böyük üstünlüklə qalib gəlir. Sizə deyə bilərəm ki, hesablanan bütün məntəqələrdə 70-80 faizlə qazanırıq. Əhaliyə, seçicilərə təşəkkür etmək istəyirəm, əhali yaxşı başa düşür ki, ölkəmizə əmin-amanlıq, sabitlik, firavanlıq lazımdır. Mən 2012-ci ildən seçki qərargahına rəhbərlik edirəm və bizdə heç vaxt belə nəticə olmayıb, ən yüksək nəticə Marneulidə qeydə alınıb”, – Qiorqadze bildirib.


