10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeAna SəhifəBu gündən “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minir

Bu gündən “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minir

2024-cü il avqustun 1-dən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qeyri-hökumət və media qurumlarını xarici dövlətin maraqlarını daşıyan təşkilat kimi Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edən bütün normaları qüvvəyə minir.

Gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün təşkilatlar üçün reyestrdə qeydiyyat məcburi olur. Qanuna görə, qeydiyyat zamanı əvvəlki ildə daxil olan hər hansı pul vəsaitlərinin və əmlak dəyərində olan digər növ maddi sərvətlərin mənbəyi, məbləği və təyinatı haqqında məlumatlar əks etdirilməlidir. Bundan əlavə, ədliyyə nazirinin əmri ilə Milli Dövlət Reyestri Agentliyində Maliyyə Bəyannaməsi Departamenti yaradılıb. Departamentin vəzifələri xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilatların reyestrinin aparılması və aşkarlığın təmin edilməsi, o cümlədən nazirlik tərəfindən səlahiyyət verilmiş şəxsə “Xarici təsirin şəffaflığı haqqında” qanunla nəzərdə tutulmuş fəaliyyətdə dəstək göstərməkdən ibarətdir. Parlamentin qəbul etdiyi “Xarici dövlətin maraqlarını həyata keçirən təşkilatın müəyyən edilməsi haqqında” qanun Ədliyyə Nazirliyinə istənilən vaxt məsələnin araşdırılması və öyrənilməsi-nəzarətini aparmaq səlahiyyəti verir. Xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan yayınmaq və ya bəyannamə doldurmamaq təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.

Layihədə həmçinin qeydiyyatdan yayınmaq və ya bəyannaməni doldurmamaq aşağıdakı cərimə növlərini nəzərdə tutur: 1) Ədliyyə Nazirliyinin internet saytında qeyd olunandan sonra 10 iş günü ərzində təşkilat ərizə formasını doldurmadıqda 10 min lari; 2) Göstərilən müddətdə sənədlərdə çatışmazlıqlar aradan qaldırılmadıqda – 10 min lari; 3) Bir aydan sonra qanun pozuntusuna yol vermək – 20 min lari cəriməni nəzərdə tutur.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments