“Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze bildirib ki, ona Baş Prokurorluqdan zəng ediblər və istintaqa şahid qismində çağırıblar.
Regionpress.ge xəbər verir ki, bu barədə Mamuka Xazaradze sosial şəbəkədə yazıb.
“Baş Prokurorluqdan mənə zəng etdilər, şahid kimi dindirməyə çağırırlar, seçki saxtakarlığı ilə bağlı sübutlarla gedəcəm, görək Bidzinanın itaətkar prokurorluğu necə davranacaq.Biz hər yerdə qalib gələcəyik!!”, – deyə Mamuka Xazaradze yazıb.


