8.1 C
Bolnisi
7.8 C
Rustavi
7.4 C
Marneuli
8.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətƏhməd İmamquliyev "Birlik - Milli Hərəkat" koalisiyasına səsləndi : "Adımı seçki siyahısından...

Əhməd İmamquliyev “Birlik – Milli Hərəkat” koalisiyasına səsləndi : “Adımı seçki siyahısından çıxarın”

Siyasətçi Əhməd İmamquliyev “Birlik – Milli Hərəkat” koalisiyasına etiraz edib. O, koalisiyanın seçki siyahısından adının çıxarılmasını tələb edib. Xəbər portalımızın suallarını cavablandıran İmamquliyev qeyd edib ki, siyahıda onun adı razılıq olmadan əlavə edilib: “Bilirsiz ki, mənə sözügedən koalisiyadan təklif gəlmişdi, mən isə onlara öz istəyimi bildirmişdim ki, siyahıda 20-22 yerlərdə namizədliyim irəli sürülərsə bu zaman qoşula bilərəm, lakin onlar buna razı olmadılar məsələ burada bağlandı. İndi isə mənim xəbərim olmadan məni siyahının arxa yerlərinə yazıblar. Bu mən tərəfdən qəbul edilmir və adımın siyahıdan çıxarılmasını tələb edirəm”, – deyə Ə. İmamquliyev qeyd edib. O həmçinin bildirib ki, bu ilki parlament seçkilərində “Gürcü arzusu”na və “Milli Hərəkat”a qarşı mübarizəsini digər müxalifət partiyalarına dəstək verərək davam etdirəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments