15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətƏhməd İmamquliyev Parlament Seçkilərində Aqil Mustafayevi Dəstəkləyəcəyini Açıqladı

Əhməd İmamquliyev Parlament Seçkilərində Aqil Mustafayevi Dəstəkləyəcəyini Açıqladı

Siyasətçi Əhməd İmamquliyev parlament seçkilərində Aqil Mustafayevi dəstəkləyəcəyini açıqlayıb. Bu barədə o, Aqil Mustafayevlə birlikdə “Lelo/Güclü Gürcüstan” koalisiyasının Marneuli qərargahında keçirdiyi brifinqdə məlumat verib. Brifinqdə “Lelo/Güclü Gürcüstan” koalisiyasının nümayəndəsi və seçki siyahısında 22-ci sırada olan Aqil Mustafayev, Əhməd İmamquliyevin koalisiyaya öz iradəsi ilə qoşulduğunu vurğulayaraq ona bu dəstəyinə görə minnətdarlığını bildirib.

“Tarixi seçkilərə sayılı günlər qalıb və biz görürük ki, ‘Güclü Gürcüstan’ koalisiyasına dəstək verənlərin sayı artmaqdadır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Əhməd İmamquliyev öz iradəsi və istəyi ilə platformamıza qoşulub. Bu addımına görə ona təşəkkürümü bildirirəm. O, heç bir partiyanın üzvü deyil, lakin bu tarixi mübarizədə səssiz qalmaq istəmədi və bizimlə birlikdə olacağını açıqladı. Bir daha ona şəxsim və koalisiyamız adından təşəkkür edirəm” , – deyə Aqil Mustafayev qeyd edib.

Əhməd İmamquliyev qeyd edib ki, “Güclü Gürcüstan” partiyasına üzv olmayıb, yalnız Aqil Mustafayevi dəstəkləmək və hazırkı hakimiyyəti dəyişmək məqsədilə bu mübarizəyə qoşulub.

“Mən heç bir partiyanın üzvü deyiləm və bu gün də heç bir partiyaya qoşulmaq niyyətində deyiləm. Mənim məqsədim Aqil Mustafayevi dəstəkləməkdir. Biz istəyirik ki, daha bir azərbaycanlı parlamentdə bizi layiqincə təmsil etsin. Bu gün mən mövcud hakimiyyəti dəyişdirmək və Aqil bəyə dəstək olmaq üçün onun yanındayam və seçkilərdə də onu dəstəkləyəcəm.

Buradan bütün soydaşlarımıza müraciət edirəm ki, bu seçkilərdə soydaşımız Aqil Mustafayevi dəstəkləyək və ona səs verək. Oktyabrın 26-dan sonra bəlkə də başqa mübarizəyə qoşularam, fərqli bir platformada olaram, lakin bu gün hər birimizin borcudur ki, Aqil bəyə dəstək olaq və oliqarxik rejimi göndərək” , – deyə Əhməd İmamquliyev brifinqdə söyləyib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments