Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Polşa baş naziri Donald Tusk birgə bəyanat yayaraq Gürcüstandakı mövcud siyasi vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər, bu barədə Reuters məlumat yayıb.
Regionpress.ge – nin verdiyi məlumata görə, Makron, Şolts və Tusk, “Veymar Üçbucağı” formatının üzvləri olaraq yaydıqları birgə bəyanatda, əgər Gürcüstan islahatlar aparmazsa, Avropa İttifaqına üzvlük danışıqlarına başlamağa dəstək verə bilməyəcəklərini bildiriblər.
“Bəzi xüsusilə son qəbul edilmiş və Avropa dəyərləri və prinsiplərinə zidd olan qanunvericiliyi ləğv etməklə, əgər Gürcüstan mövcud kursunu dəyişdirməsə və islahatlar sahəsində ciddi addımlar atmasa, biz Gürcüstanla Aİ-yə üzvlük danışıqlarına başlamağa dəstək verə bilməyəcəyik”, – bəyanatda qeyd edilir.


