11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasət“Ermənistan Avropa Partiyası”nın liderini Gürcüstana buraxmayıblar

“Ermənistan Avropa Partiyası”nın liderini Gürcüstana buraxmayıblar

“Ermənistanın Avropa Partiyası”nın lideri, kinorejissor Tiqran Xzmaliani Gürcüstana buraxılmayıb.

Xzmalani bir günlük işgüzar səfərlə Gürcüstana getməyə hazırlaşırdı. O, sərhədçilərdən 3 saat cavab gözlədiyini, bundan sonra heç bir izahat verilmədən pasportunun geri verildiyini və Ermənistana qayıtmalı olduğunu deyir.

“Rusiya Günü münasibətilə təbrik edirəm” – o, Facebook səhifəsində yazıb.

Onun yazdığı postda ölkəyə daxil olmaqdan imtina üçün standart ifadə olan “başqa səbəb” göstərilir.

“Azadlıq” radiosu bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Qurumdan hələki cavab verilməyib.

Xzmalian Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının və Avropa İttifaqına daxil olmasının fəal tərəfdarıdır.

Tiflisdə “Agentlər Qanunu”nun əleyhdarlarının etirazları zamanı “Ermənistanın Avropa Partiyası” “Gürcüstan xalqının Avroatlantik inteqrasiya və Demokratiya uğrunda mübarizəsini” dəstəkləyib. Partiya gürcü müxalifətçiləri ilə əməkdaşlıq edir.

Gürcüstan hakimiyyəti vaxtaşırı rusiyalı müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və hüquq müdafiəçilərinə, həmçinin Kremlin siyasətini və Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən Rusiya vətəndaşlarına ölkəyə daxil olmalarına imtina edir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments