14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətGiorgi Vaşadzenin DTX ilə bağlı açıqlaması

Giorgi Vaşadzenin DTX ilə bağlı açıqlaması

“Bu ölkədə Dövlət Təhlükəsizlik Xidməti 26 oktyabr tarixindən sonra ləğv ediləcək, artıq mövcud olmayacaq – bütün müxalifət partiyaları ilə müqavilə imzalamışıq ki, biz Dövlət Təhlükəsizlik Xidmətini və siyasi polisi ləğv edirik”.

Regionpress.ge xəbər verir ki, bunu “Birlik – Milli Hərəkət” partiyasının liderlərindən biri Giorgi Vaşadze jurnalistlərə DTX-nın müvafiq bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.

Müxalif lider qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti “KQB”nin mirasıdır.

“Gürcüstanın hakim partiyasına daha hansı ifşa etmə lazımdır? Amerika, Avropa: Almaniya, Fransa, Britaniya – onunla münasibətləri hamı kəsib. Bu, həqiqətən zərərli qüvvəni necə ifşa edim? İndi məğlub olurlar və min bir absurd uydururlar. Suallar verək, Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanda nə edir? Biləsiniz ki, sizi [Jurnalistlər] də nəzarət altında saxlayırlar, yalnız bizi deyil. Dövlət Təhlükəsizlik Xidməti bu ölkədə 26 oktyabr tarixindən sonra ləğv ediləcək, artıq mövcud olmayacaq. Yalnız kəşfiyyat xidməti, əks-kəşfiyyat xidməti, antiterror xidməti mövcud olacaq. Dövlət Təhlükəsizlik Xidməti KQB-nin mirasıdır. Əminəm ki, hazırda bizim ətrafımızda şəkillər çəkirlər. O, artıq mövcud olmayacaq. Heç kim sizi dinləməyəcək [Jurnalistlər], “İmedi” telekanalının nümayəndəsi, hətta sizi də, heç kim dinləməyəcək. Bilin ki, siz də dinlənilirsiniz. Bütün müxalifət partiyaları ilə imzalamışıq ki, biz bu ölkədə Dövlət Təhlükəsizlik Xidmətini və siyasi polisi ləğv edəcəyik”, – deyə Giorgi Vaşadze bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments