“Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələri ümumiləşdirərək, “Gürcü arzusu”nun 52,943% səs topladığını və hakim komandanın yenidən möhkəm səs çoxluğu qazandığını qeyd edib.
Regionpress.ge xəbər verir ki, o, gələcək üçün məsuliyyət daşıyan, ölkənin avropa, ənənəvi və xristian gələcəyini dəstəkləyən “Gürcü arzusu” seçicilərinə təşəkkür edib.
“Artıq bildiyiniz kimi məlumatlar MSK-nın saytında dərc olunub, “Gürcü arzusu” ciddi səs çoxluğu qazanıb. Hər bir seçicimizə, avropa, ənənəvi, xristian gələcəyi üçün məsuliyyət daşıyan, “Gürcü arzusu”nu dəstəkləyən hər bir insana təşəkkür etmək istəyirəm. İştirak edən hər kəsə təşəkkür edirəm”, – deyə Mamuka Mdinaradze bildirib.


