Gürcüstan LGBT təbliğatı əleyhinə qanundan heç vaxt imtina etməyəcək.
Regionpress.ge xəbər verir ki, bunu”Gürcü Arzusu – Demokratik Gürcüstan”nın icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Biz “Xarici Təsirin Şəffaflığı haqqında” qanunu geri çəkməyəcəyik. Gürcüstan hakimiyyəti LGBT təbliğatına qarşı qanundan heç vaxt imtina etməyəcək. Hətta bu, Avropa İttifaqına inteqrasiyanı çətinləşdirsə belə”, – o vurğulayıb.


