6.6 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətGürcüstan MSK parlament seçkilərində iştirak etmək üçün 13 partiyanı qeydə alıb

Gürcüstan MSK parlament seçkilərində iştirak etmək üçün 13 partiyanı qeydə alıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün ərizə vermiş 28 partiyadan 13-nü qeydə alıb.

Bu barədə MSK-nın saytındakı materiallarda bildirilib.

Son parlament seçkilərində iştirak etməyən və parlamentdə nümayəndəsi olmayan partiyaların ərizə vermə müddəti iyulun 15-də başa çatıb.

MSK-nın məlumatına görə, siyahıya keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası da daxildir.

Qeydiyyatdan keçmiş bütün partiyalar 2024-cü il avqustun 1-dək ən azı 25 min seçici imzasını MSK-ya təqdim etməlidir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments