11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətGürcüstan NATO-nun sammitində iştirak edəcək

Gürcüstan NATO-nun sammitində iştirak edəcək

Gürcüstan NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan yubiley sammitində iştirak edəcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili başçılıq edəcək. Nazir xarici işlər nazirlərinin iyulun 10-da tərəfdaş ölkələr formatında keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcək.

“İliya Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə də iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Qeyd edək ki, sammitin proqramına əsasən, tərəfdaş ölkələrin xarici işlər nazirləri səviyyəsində iştirakı təmin edilir, ona görə də Gürcüstanın xarici işlər naziri Vaşinqtonda keçiriləcək sammitdə iştiraka dəvət olunub”, – məlumatda qeyd edilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments