11 noyabr tarixində Orbeliani Sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili Avropanın 8 ölkəsinin parlament komitələrinin nümayəndə heyətinin üzvləri ilə görüş keçirəcək.
Regionpress.ge bildirir ki, görüş başa çatdıqdan sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya, Polşa və Almaniya parlamentlərinin müxtəlif komitə rəhbərlərinin 11 noyabrda Tbilisiyə səfər edəcəyi barədə məlumatı Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot yayıb.


