8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətGürcüstan və Çin nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər

Gürcüstan və Çin nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər

Tbilisidə səfərdə olan “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyəti “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru David Peradze ilə görüşüb.

Görüşdə “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının Gürcüstan, Azərbaycan və Qazaxıstanla birgə işləmək istəyi, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti diqqət mərkəzində olub.

Çin tərəfi bəyan edib ki, onların məqsədi Orta Dəhliz üzrə Çindən konteyner daşımalarının səmərəli əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.

“Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.

Bildirilib ki, birgə əməkdaşlıq Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılmasında, şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. (AZƏRTAC)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments