Bu gün səhər saatlarında Gürcüstanda zəlzələ baş verib. Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə , zəlzələnin gücü 4,8 bal olub.
Zəlzələnin episentri Dedoplistskarodan beş kilometr qərbdə, Leninovka kəndində yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Zəlzələ səhər saat altı radələrində baş verib. Tiflisdə də hiss olunub.


