“Seçki tarixi yaxınlaşdıqca, bəyanatlar daha da aktivləşəcək ki, ‘Biz vizaliberalizasiyanı ləğv edirik, proseslərə başlayırıq, konkret addımlar atırıq’ bu kimi anonslar şantajdır” ,- deyə “Gürcü Arzusu” partiyasının Baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib. Regionpress.ge xəbər verir ki, Kaladze Aİ-nin Gürcüstana vizasız rejimin dayandırılmasının çox çətin bir proses olduğunu vurğulayıb.
“Minimum dərəcədə şantaj davam edir. Xarici müdaxilədən danışarkən, məhz bu faktlar bunu göstərir. Ekspertlər və siyasi partiyalar inkar etmir ki, seçkilərə yaxınlaşdıqca, bu tip bəyanatlar artacaq” , – Kaxa Kaladze qeyd edib.


