18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətKaxa Kaladze: Heç kimə bu ölkədən öz maraqları üçün istifadə etməyə icazə...

Kaxa Kaladze: Heç kimə bu ölkədən öz maraqları üçün istifadə etməyə icazə verilməyəcək

“Komandamız ölkəmizin mənafeyini qorumaq üçün hər şeyi edəcək və şübhəsiz ki, heç kimə bu ölkədən öz maraqları üçün istifadə etməyə icazə verilməyəcək”.

Regionpress.ge xəbər verir ki, bu barədə Tbilisi meri, “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze açıqlama verib.

Kaladze komanda üzvlərinə və seçicilərə təşəkkür edib.

“Fürsətdən istifadə edərək, ilk növbədə, təşəkkürlə başlamaq, bu gün vətəndaşlıq borcunu yerinə yetirən bütün insanlara təşəkkür etmək istəyirəm. Dəstəkçilərimizə xüsusi təşəkkür etmək istərdim. Doğrudan da, çox emosional bir gündür, çünki bu qələbə ilk növbədə ölkəmizə lazım idi, bu ölkənin gələcəyi üçün lazım idi. Təbii ki, komandamız ölkəmizin, vətənimizin milli maraqlarını qorumaq, bu ölkədə yaşayan hər bir insanın mənafeyini qorumaq üçün əlindən gələni edəcək və təbii ki, heç kimə bu ölkədən öz maraqlarını həyata keçirmək üçün istifadə etmək imkanı verilməyəcək.

Bütün dəstəkçilərimizə, partiyamızın bütün üzvlərinə, bütün bu müddət ərzində çoxlu təhqirlərə məruz qalan, təzyiqlərə məruz qalan, lakin sınmayan bütün insanlara təşəkkür edirəm. Bir daha bütün Gürcüstanı bu mühüm qələbə münasibətilə təbrik edirəm”, – Kaladze bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments