11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətKobaxidze: ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız...

Kobaxidze: ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi

ABŞ ilə kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi.

Regionpress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Bizim çox böyük ümidlərimiz var ki, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələri yenidən başlada biləcəyik. Biz münasibətləri keyfiyyətcə bərpa etmək və real strateji tərəfdaşlıq haqqında danışmağa başlamaq istəyirik. İndiyə qədər bizim ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi. Yeni administrasiyanın cəmiyyətimizin dəyərlərinə zidd olan tələblər qoymayacağına əsaslı ümidimiz var”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ son etirazlarla əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments