9.6 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətKobaxidze ABŞ-nın Gürcüstanla strateji tərəfdaşlığa son qoyması qərarını müvəqqəti hal sayıb

Kobaxidze ABŞ-nın Gürcüstanla strateji tərəfdaşlığa son qoyması qərarını müvəqqəti hal sayıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoymasına münasibət bildirib. 

Regionpress.ge xəbər verir ki, hökumət başçısı bunun müvəqqəti olduğunu, hazırkı Ağ Ev administrasiyasının yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışdığını qeyd edib. 

“İndiki administrasiya yeni administrasiyaya mümkün qədər ağır bir miras qoymağa çalışır. Bunu Ukraynaya, indi də Gürcüstana münasibətdə edirlər. Bunun əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və yeni administrasiya ilə hər şeyi müzakirə edəcəyik. Bu, Salome Zurabişvili kimi müvəqqəti bir fenomendir”, – Kobaxidze deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün davam edən etirazlar və hakimiyyətin Aİ ilə üzvlük prosesini dayandırması fonunda Gürcüstanla Strateji Tərəfdaşlığa son verildiyini açıqlayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments