Maya Sandu, sənin qələbən bizim qələbəmizdir! Moldovadakı seçkilər Gürcüstanda oğurlanmış seçkilərin ən yaxşı “sübutudur”.
Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili X sosial platformasında yazıb və Maya Sandu prezident seçkilərindəki qələbəsi münasibətilə onu təbrik edib.
“Moldova seçkiləri Gürcüstanın oğurlanmış seçkilərinin ən yaxşı “sübutudur”. Rusiya tərəfindən analoji müdaxilələrə və kütləvi saxtakarlığa baxmayaraq, Moldova 300 min diaspor seçicisi ilə xilas oldu. Qüdrətli diasporumuzun 1.000.000 nümayəndəsinə məhdudiyyət qoyuldu, səsvermə üçün cəmi 34 min seçiciyə icazə verildi”,- Zurabişvili yazıb.
Xatırladaq ki, dünən Moldovada prezident seçkilərinin ikinci turu keçirilib və ilkin nəticələrə görə, hazırkı prezident Maia Sandu qalib gəlib.


