Amerika Birləşmiş Ştatları Gürcü xalqının yanındadır.
Regionpress.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller bəyan edib.
“Əlbəttə ki, biz gürcü xalqının yanındayıq. Biz açıq şəkildə bildirdik ki, onların Avropa İttifaqına üzvlük arzularını dəstəkləyirik. Onların Avro-Atlantik tərəfdaşlarla daha da inteqrasiyasını dəstəkləyirik”, – deyə rəsmi Vaşinqton sözcüsü qeyd edib.


